Haluk Leventin köməkçisi ilə mərc yazısmaları üzə çıxdı - FOTOLAR
Türkiyədə “Ahbap” dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində yeni iddialar gündəmə gəlib. Dərnəyin sədri, tanınmış müğənni Haluk Levent və onun köməkçisi Alper Çelik arasında olduğu bildirilən mərc məzmunlu yazışmaların aşkarlandığı bildirilir.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, iyulun 12-də saxlanılan Alper Çelik barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq materiallarına daxil edildiyi bildirilən məlumata görə, Alper Çelikin mobil telefonunda aparılan ekspertiza zamanı Haluk Leventlə yazışmalar aşkarlanıb. Həmin mesajlarda mərc oyunları ilə bağlı müzakirələrin yer aldığı iddia olunur.
Yayılan məlumatlarda Haluk Leventin bir gün ərzində ümumilikdə 700 min lirəyə yaxın mərc kuponu oynadığı, onlardan birinin isə təkcə bir futbol qarşılaşmasına görə 500 min lirə olduğu irəli sürülür.
Hazırda İstanbul Cumhuriyyət Baş Prokurorluğunun “Ahbap” dərnəyinin fəaliyyəti ilə bağlı başladığı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Qeyd edək ki, mərc yazışmaları və səsləndirilən iddialar istintaq sənədlərində yer aldığı bildirilən məlumatlara əsaslanır. Bu iddialarla bağlı məhkəmə tərəfindən hələ yekun hüquqi qiymət verilməyib və onlar təsdiqlənmiş fakt hesab olunmur.
Xatırladaq ki, 57 yaşlı Haluk Levent haqqında İstanbul Baş Prokurorluğu tərəfindən “Ahbap” dərnəyi ilə bağlı araşdırma çərçivəsində saxlanılma qərarı verilib. İş üzrə məhkəmə prosesi davam edir və yekun hökm hələ açıqlanmayıb.

