İran: ABŞ Hörmüzqanda 2 körpü və 1 tuneli hədəf aldı



İran ABŞ-ın Hörmüzqan əyalətində Bəndər Abbas-Sircan marşrutundakı bir körpü və 2 fərqli nəqliyyat nöqtəsinə hücum təşkil etdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, İranın rəsmi agentliyi IRNA-nın məlumatına görə, Hörmüzqan valiliyi bölgədə ABŞ-ın davam edən hücumlarında körpülərin və tunelin hədəf alındığını bəyan edib.

Valilik Bəndər Abbas-Sircan marşrutundakı Rudhaneh Şur körpüsünün ABŞ-ın hücumları səbəbindən bağlandığını, Rodana gedən Minab üç yol körpüsü ilə Bəndər Abbasdan Hacı Abada gedən Şəhid Mirzayi tunelinin də zərbələrə məruz qaldığını diqqətə çatdırıb.

Əhalinin bu yollardan istifadə etməkdən çəkinməli olduğu bildirilərkən, alternativ marşrutların yaradılması istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu