İordaniya: İrandan atılan 10 ballistik raketi zərərsizləşdirdik
İordaniya ordusu İrandan atılan 10 ballistik raketin hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyini açıqlayıb.
AFN.az xəbər verir ki, İordaniya ordusundan verilən açıqlamada İran mənşəli raketlərlə ölkə ərazilərinin hədəf alındığı bildirilib.
Açıqlamada hava hücumundan müdafiə sistemlərinin bu səhər İordaniya hava məkanına daxil olan 10 İran raketinin qarşısını alaraq zərərsizləşdirdiyi ifadə edilib.
Raket hücumları nəticəsində hər hansı bir can itkisi və ya maddi ziyanın qeydə alınmadığı barədə məlumatın yer aldığı açıqlamada hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan raketlərin qəlpələrinə müdaxilə etmək üçün müvafiq qurumların işə başladığı qeyd olunub.
Açıqlamada həmçinin sərhəd və hava məkanı təhlükəsizliyinin qorunması məsələsindəki qətiyyət nümayiş etdirilib.
