Süni tənəffüs aparatına qoşulan Xalq yazıçısının oğlundan açıqlama


Süni tənəffüs aparatına qoşulan Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyətində geriləmə müşahidə olunur.


Bu barədə Qaynarinfo-ya yazıçının oğlu Elay Süleymanlı bildirilib. Mövlud Süleymanlının oğlunun sözlərinə görə, ilk günlər atasının səhhətində irəliləyiş olub:

"Amma iki gündür ki, atam geri gedir. Ümid ancaq Allahadır. Atamın səhhəti ilə bağlı hamı maraqlanır, sağ olsunlar, amma biz də aciz durumdayıq. Vəziyyətin necə olacağını özümüz də bilmirik".

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ruzbeh Məmməd yazıçının vəziyyəti haqda bunları deyib:

"Xalq yazıçısı Kliniki Tibbi Mərkəzə gətirildikdən sonra hələ ki, müsbət dinamika müşahidə olunmayıb. Süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağır olaraq qalır".

Xatırladaq ki, bir neçə gün öncə Xalq yazıçısı Mövlud Süleymanlının vəziyyəti ağırlaşıb. Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilən yazıçının müayinə zamanı insult olduğu açıqlanıb. Hazırda yazıçı süni tənəffüs aparatına qoşulub, huşsuz vəziyyətdədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu