İran Hörmüz boğazında 6 gəmini dayandırıb



İranın gecə saatlarında Hörmüz boğazının cənubunda Tehranın müəyyən etdiyi marşrut əvəzinə alternativ istiqamət üzrə sistemlərini söndürərək keçməyə çalışan 6 gəmini dayandırdığı bildirilib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyasına danışan və adı açıqlanmayan bir rəsmi gecə saatlarında Hörmüz boğazından keçmək istəyən 6 gəminin dayandırıldığını bildirib.

Sözügedən rəsmi gəmilərin bütün sistemlərini söndürərək Hörmüz boğazının cənubundakı qanunsuz və təhlükəsiz olmayan marşrutla keçməyə çalışdığını, bu cəhdin ABŞ ordusunun təhriki ilə həyata keçirildiyini, lakin uğursuz olduğunu deyib.

Digər tərəfdən, 6 gəmidən birinin keçid cəhdi zamanı qəza keçirdiyi, digər 5 gəminin isə Fars körfəzinə qayıtmaq məcburiyyətində qaldığı bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu