SEPAH: Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri partlayıb
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında təhlükəsiz olmayan marşrutla hərəkət etməyə çalışan iki neft tankerində partlayış baş verdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazındakı gəmilərin keçidi ilə bağlı bəyanat yayıb.
Açıqlamada iki neft tankerinin ABŞ-nin təzyiqi ilə təhlükəsiz olmayan marşrutdan keçməyə çalışarkən partladığı ifadə edilib, lakin partlayışın səbəbi barədə məlumat verilməyib.
Bəyanatda həmçinin İranın müəyyən etdiyi marşrutdan kənar bütün yolların gəmilərin keçidi üçün təhlükəsiz olmayacağı barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri xarici müdaxilənin yol açdığı qeyri-sabit təhlükəsizlik vəziyyəti səbəbindən Hörmüz boğazının bağlandığını elan etmişdi.
