Macarıstanda Siyartonun Çin şirkətinə keçməsi ilə bağlı araşdırma başladılır


Macarıstan hökuməti keçmiş Xarici İşlər naziri Peter Siyartonun Çinin "BYD" avtomobil istehsalçısı ilə bağlı ölkəyə qoyduğu bütün investisiyaları təftiş edəcək.

AFN.az xəbər verir ki, bu barədə Baş nazir Peter Madjar parlamentdə bəyan edib.

Dövlət sirrinin daşıyıcısı olan Siyartonun iyulun 15-də deputatlıqdan istefa verərək "BYD"-də xarici əlaqələr üzrə rəhbər vəzifəyə keçməsi hökumətdə narahatlıq yaradıb. Baş nazirin sözlərinə görə, keçmiş nazirin Çin şirkətinə ayırdığı yüz milyonlarla dövlət vəsaiti, vergi güzəştləri, subsidiyalar və ekoloji istisnalar hərtərəfli araşdırılacaq.

Madjar həmçinin xatırladıb ki, iyulun 16-dan etibarən Szijjartonun Rusiya ilə əlaqələri barədə də hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 2014-cü ildən XİN-ə rəhbərlik etmiş eks-nazir aprelin 12-də "FİDES" partiyasının seçki məğlubiyyətindən sonra deputat kimi fəaliyyət göstərirdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu