Venesueladakı zəlzələlərdə ölənlərin sayı 5208-ə yüksəlib
Venesuelada iyunun 24-də baş verən 7,2 və 7,5 gücündəki zəlzələlərin fəsadları ağırlaşır.
AFN.az xəbər verir ki, Milli Assambleyanın sədri Xorxe Rodriqes həyatını itirənlərin sayının 5208-ə, yaralıların sayının isə 16740-a çatdığını açıqlayıb.
Venesuela Milli Assambleyasının (AN) sədri Xorxe Rodriqes sosial media hesabından zəlzələlərlə bağlı məlumat paylaşıb.
Fəlakətdə dünyasını dəyişənlərin sayının 89 nəfər artaraq 5208-ə yüksəldiyini qeyd edən Rodriqes yaralı sayının isə 16740 olduğunu bildirib.
Rodriqes 107 müvəqqəti sığınacaq düşərgəsində 23820 nəfərin qaldığını, indiyədək isə 128324 ailəyə yardım çatdırıldığını ifadə edib.
Milli mətbuatda yer alan xəbərlərə görə, zəlzələlərin baş verdiyi iyunun 24-dən bəri bölgədə ümumilikdə 1388 yeraltı təkan qeydə alınıb.
