"Boeing"in böyük həcmdə icra olunmamış sifariş portfeli var


ABŞ-ın "Boeing" korporasiyası diqqətini "737" laynerinin istehsalına yönəldəcək və bu modeli əvəz edəcək yeni nəsil dargövdəli təyyarəni ən tezdən növbəti onilliyin sonunda təqdim edə bilər.

AFN.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Kelli Ortberq "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

"Bunun növbəti onilliyin sonunda baş verib-verməyəcəyini zaman göstərəcək. Bazara yeni məhsul çıxarmaq üçün doğru vaxtı bizə tələbat diqqətə çatdıracaq", — deyə o qeyd edib.

Ortberqin sözlərinə görə, mövcud avialaynerlərin istehsalını artırmaq, nağd pul axınını yaxşılaşdırmaq və borcların bir hissəsini ödəmək üçün şirkətə daha bir neçə il lazım olacaq. O, sifarişçilərin hazırkı məhsulların etibarlılığının artmasını gözlədiklərini və şirkətin böyük həcmdə icra olunmamış sifariş portfelinin olduğunu vurğulayıb.

"Bloomberg" qeyd edir ki, "Boeing" yeni təyyarə məsələsində əsas rəqibi "Airbus"dan daha ehtiyatlı davranır. Avropa aviasiya giqantı "A320" modelinin yeni versiyasının hazırlanmasına artıq 2030-cu illərdə başlaya biləcəyini bəyan edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu