İran: ABŞ-nin Darhovin nüvə elektrik stansiyasını hədəf alması təhlükəli bir hücumdur



İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi ABŞ-nin ölkənin cənub-qərbindəki Xuzistan əyalətinin Darhovin bölgəsində inşası davam edən nüvə stansiyası sahəsinə təşkil etdiyi hücuma reaksiya verib.

AFN.az xəbər verir ki, Qəribabadi sosial media platformasındakı hesabı vasitəsilə etdiyi paylaşımda bu addımı kəskin şəkildə pisləyib.

O, ABŞ-nin tikinti mərhələsində olan Darhovin nüvə elektrik stansiyasını hədəf almasının İranın dinc məqsədli infrastrukturuna qarşı törədilmiş təhlükəli bir hücum olduğunu vurğulayıb və Vaşinqtonun bölgədə qeyri-sabitliyin artmasından doğacaq bütün nəticələrə görə məsuliyyət daşıdığını ifadə edib.

Qeyd edək ki, daha əvvəl İranın Atom Enerjisi Təşkilatı da ABŞ-nin Darhovin bölgəsində inşası davam edən nüvə stansiyası sahəsinə hücum təşkil etdiyini bildirmişdi.

Darhovin (Karun) bölgəsində 300 meqavat gücündə olacaq nüvə elektrik stansiyasının tikintisinə 2022-ci ilin dekabrında başlanılıb.

Təzyiqli su reaktoru sistemi ilə fəaliyyət göstərəcək stansiyanın inşasının təxminən 8 il çəkəcəyi və 2 milyard dollara başa gələcəyi nəzərdə tutulur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu