Aİ-dən "AliExpress"ə rekord məbləğdə pul cəzası



Avropa İttifaqı Komissiyası Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində "AliExpress" platformasına qanunsuz məhsulların satışını əngəlləyə bilmədiyi əsası ilə rekord məbləğdə pul cəzası kəsib.

AFN.az xəbər verir ki, qəbul edilən qərara əsasən, Aİ "Alibaba" şirkətinə məxsus olan "AliExpress"i düz 550 milyon avro cərimələyib.

Bu qərar Rəqəmsal Xidmətlər Aktı çərçivəsində indiyədək tətbiq olunan ən yüksək məbləğli pul cəzası kimi tarixə düşüb.

Aİ-nin texnologiyalar üzrə məsul rəsmisi Henna Virkkunen mövzu ilə bağlı verdiyi açıqlamada saxta geyimlərin, eləcə də təhlükəsiz olmayan oyuncaqların yayılması və satılmasının onlayn alış-verişin qaçılmaz bir bədəli olmadığını, "AliExpress"in öz öhdəliklərini yerinə yetirməməsinin bu cəzaya yol açdığını bildirib.

Müəyyən edilən qaydalara görə, "AliExpress" oktyabr ayının sonuna qədər qanunsuz və təhlükəsiz olmayan məhsulların satışını necə əngəlləyəcəyinə dair fəaliyyət planını Aİ Komissiyasına təqdim etməlidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu