Britaniyanın yeni maliyyə naziri keçmiş müdafiə naziri Con Hili oldu
Böyük Britaniyanın keçmiş müdafiə naziri Con Hili ölkənin Maliyyə Nazirliyinə rəhbər təyin edilib.
AFN.az xəbər verir ki, bu barədə yeni Baş nazir Endi Bernemin dəftərxanasından bildirilib.
"Con Hili xəzinədarlıq kansleri (maliyyə naziri) vəzifəsinə təyin olunub", — deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Hili iyul ayında müdafiə sahəsinə ayrılan investisiyaların azlığını əsas gətirərək istefa vermişdi. Onun adı Maliyyə Nazirliyi postuna namizədlər arasında çəkilmirdi.
