İngiltərənin müdafiə naziri istefa verdi



İngiltərənin müdafiə naziri Con Hili Baş nazir Keyr Starmer ilə yaşadığı fikir ayrılığı səbəbindən vəzifəsindən istefa verib.

AFN.az xəbər verir ki, Hili "X" hesabı vasitəsilə baş nazir Starmerə ünvanladığı istefa məktubunu paylaşıb.

Nazir Hili məktubunda hökumətin "Müdafiə İnvestisiya Planı" çərçivəsində müdafiə sahəsinə daha çox vəsait ayırmasının vacibliyini vurğulayıb və Silahlı Qüvvələrə ehtiyac duyduqları resursları təmin etməyən bir sazişi qəbul edə bilməyəcəyini əvvəlcədən bəyan etdiyini bildirib.

O, bu səbəbdən müdafiə naziri vəzifəsindən istefa verməkdən başqa çıxış yolunun qalmadığını ifadə edib.

Starmeri ölkənin müdafiəsi üçün zəruri olan dövlət vəsaitlərini ayırmamaqda ittiham edən Hili baş nazirin bunu bacarmadığını, Maliyyə Nazirliyinin isə təhdidlərin artdığı bir dövrdə ölkə müdafiəsinə lazımi resursları ayırmağa razı olmadığını qeyd edib.

Qeyd edək ki, Böyük Britaniyanın Müdafiə və Maliyyə nazirlikləri artan hərbi xərclərin necə qarşılanacağı mövzusunda aylardır danışıqlar aparırdı və bu vəziyyət ölkənin Müdafiə İnvestisiya Planının ötən ildən bəri təxirə salınmasına səbəb olmuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu