Britaniyanın yeni Baş naziri: Ukraynanı 100 faiz dəstəkləyəcəm
Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem ölkəsinin Ukraynaya sarsılmaz dəstəyini saxlayacağını bildirib.
AFN.az xəbər verir ki, bu barədə o, "Sky News" telekanalına müsahibəsində deyib.
"Heç bir dəyişiklik yoxdur. Mən onu tam 100 faiz dəstəkləyəcəyəm — eynilə Kir Starmerin etdiyi kimi", — deyə Bernem bildirib və artıq iyulun 20-də Volodimir Zelenski ilə telefon danışığı aparacağını vəd edib.
Onun sözlərinə görə, Zelenskinin Böyük Britaniyanın dəstəyinin sarsılmaz və möhkəm qalacağına dair ən kiçik bir şübhəsi belə qalmayacaq. Müsahibə Bernemin vəzifəsinin icrasına başlamasından bir neçə saat əvvəl lentə alınıb.
Artıq Starmeri əvəzləyən Bernem vəzifədəki ilk çıxışında Ukraynaya dəstək və xarici siyasət məsələlərinə toxunmasa da, əvvəlki hökumətin hərbiləşmə kursunu davam etdirəcəyini vəd edib.



