Zelenski Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb


Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kemeronla görüşüb.


Bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.

“Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Devid Kemeron yeni vəzifəsində ilk işgüzar səfərini Ukraynaya edib”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, tərəflər silah və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsini müzakirə ediblər. Zelenski həmçinin Kemeronla görüşü yaxşı adlandırıb və verdiyi dəstəyə görə Böyük Britaniyaya təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu