Zelenski Böyük Britaniyanın baş naziri ilə telefon danışığı aparıb


Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı apardığını bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb. Siyasətçilər döyüş əməliyyatlarının gedişini, Ukraynanın müdafiə ehtiyaclarını, eləcə də Kiyevin döyüş meydanında, xüsusən də uzaqmənzilli silahlar vasitəsilə imkanlarını genişləndirmək üçün gələcək əməkdaşlığı müzakirə ediblər.

Zelenski həmçinin Sunak-a Ukrayna hakimiyyətinin NATO-ya üzvlük üçün konkret perspektivlər əldə etmək istəyini xatırladıb və onunla Ukrayna üçün sülh formulu və təhlükəsizlik təminatlarının həyata keçirilməsi üçün addımları müzakirə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu