Zelenski Böyük Britaniyanın baş naziri ilə danışıb
Vladimir Zelenski öz Telegram səhifəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefonla danışdığını bildirib.
O, Böyük Britaniyanın baş nazirinə cəbhədəki vəziyyət barədə danışib: “Biz gələcək müdafiə əməkdaşlığını, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin raketlər və dron əleyhinə silahlarla gücləndirilməsini müzakirə etdik”.
Bundan əlavə, siyasətçilər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və münaqişənin deeskalasiyasının dünya ictimaiyyətinin maraqlarına uyğun olacağı qənaətinə gəliblər.