FİFA Argentina millisinin futbolçuları ilə bağlı araşdırmaya başlayıb
Beynəlxalq Futbol Federasiyası (FİFA) Dünya Çempionatının İspaniya ilə final oyunundan sonra Argentina yığmasının futbolçularının davranışlarını araşdırır.
AFN.az xəbər verir ki, bu barədə "Sky Sports" telekanalı məlumat yayıb.
Xatırladaq ki, qarşılaşma əlavə vaxtda İspaniya komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra argentinalı Leandro Paredes əvvəlcə müdafiəçi Erik Qarsiyanın boğazından tutub, daha sonra isə yarımmüdafiəçi Qavini itələyib. Digər müdafiəçi Nauel Molina qələbəni qeyd edən Rodrini ayağından vurub yıxmağa cəhd edib. Komandanın məşqçilərindən biri Roberto Ayala isə Dani Olmonun üzünə yumruq vurmağa çalışıb.
Bundan əlavə, mükafatlandırma mərasimi zamanı İspaniya yığması gümüş medal alan rəqiblərinə alqış dəhlizi təşkil etsə də, argentinalı futbolçular qaliblərin təltif olunması anında onlardan üz döndərərək azarkeşlərinə tərəf yönəliblər.
