Argentinaya siyasi pankart səbəbindən FİFA-nın sanksiyaları tətbiq edə bilər
Beynəlxalq Futbol Federasiyası (FİFA) Malvin (Folklend) adaları ilə bağlı siyasi şüarın yer aldığı pankarta görə Argentina milli komandasına qarşı intizam sanksiyaları tətbiq edə bilər.
AFN.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan qələbədən sonra müdafiəçi Lisandro Martines və yarımmüdafiəçi Covani Lo Çelso meydançaya "Malvin adaları Argentinaya məxsusdur" yazılmış pankart çıxarıblar.
Futbolçular bu pankartı oyunun final fitindən sonra azarkeşlərlə birlikdə qələbəni qeyd edərkən açıblar.
Bu cür aksiya FİFA-nın qaydalarını pozur, çünki reqlamentə əsasən, yarış iştirakçıları siyasi və ya dini bəyanatlar verməməli, eləcə də buna uyğun təsvirləri nümayiş etdirməməlidirlər.
Böyük Britaniyanın Baş naziri Keyr Starmerin dəftərxanası argentinalı futbolçuların bu hərəkətinin araşdırılması çağırışlarını dəstəkləyib və mənbənin məlumatına görə, London araşdırma aparılması tələbi ilə FİFA-ya müraciət edib.
Qeyd edək ki, Böyük Britaniyada Folklend adaları kimi tanınan Malvin adaları 1982-ci ildən bəri Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsi mövzusudur.
Qeyd edək ki, Argentina İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib.
