ABŞ İrana qarşı başladığı son zərbə dalğasını yekunlaşdırıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı başladılan zərbə dalğasının başa çatdığını bildirib.
AFN.az xəbər verir ki, CENTCOM tərəfindən verilən açıqlamada "CENTCOM ABŞ Şərq vaxtı ilə saat 21:00-da İrana yönəlik zərbə dalğasını yekunlaşdırıb" ifadəsi işlənib.
Hörmüz boğazından keçən ticarət gəmilərinə İranın yaratdığı təhdidləri azaltmaq məqsədilə İranın komandanlıq mərkəzləri, hava hücumundan müdafiə zonaları, raketləri, PUA imkanları və sahil müayinə obyektlərinin vurulduğu qeyd olunub.
Bəndər-Abbas da daxil olmaqla bir çox nöqtədə hədəfləri vurmaq üçün dəqiq silahlardan istifadə edildiyi bildirilən açıqlamada Böyük Tunb adasındakı sahil mühafizə və gəmi əleyhinə raket obyektlərinin də sıradan çıxarıldığı vurğulanıb.
CENTCOM dünən Bakı vaxtı ilə saat 23:00-da İrana qarşı yeni zərbə dalğasının başladıldığını elan etmişdi.
