Messi İngiltərə üzərində qazanılan qələbəni Maradonaya həsr etdi



Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan qələbəni komandanın keçmiş əfsanəsi Dieqo Maradonaya həsr edib.

AFN.az xəbər verir ki, bu barədə "TycSports" məlumat yayıb.

Messi bildirib ki, Dieqonun hazırda səmadan buna sonsuz şad olduğuna əmindir, çünki bu onun üçün çox özəl bir gün idi və qoy o, yuxarıda bu qələbəni istədiyi kimi qeyd etsin.

Futbolçu əlavə edib ki, İngiltərə üzərindəki qələbəni həm Maradonaya, həm də bütün Argentina xalqına bir töhfə hesab edir.

Qeyd edək ki, çərşənbə günü, 15 iyul tarixində baş tutan qarşılaşma argentinalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb və Messi matçda iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib, o, "Barselona", "Napoli""Nyuells Old Boyz"dakı çıxışları ilə tanınıb və Argentina milli komandasının heyətində 1986-cı ildə dünya çempionu olub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu