Böyük Britaniya Kiyev üçün "Nightfall" ballistik raketini hazırlayacaq
Böyük Britaniya 2027-ci ildə Kiyevə təvil verməyi planlaşdırdığı "Nightfall" ("Toran") ballistik raketinin hazırlanması üçün müqavilələr imzalayıb.
AFN.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin xəbərində bildirilir ki, Böyük Britaniya son əlli ildən çox müddətdə ilk dəfə olaraq gələn ilin sonunadək ərsəyə gəlməli olan ballistik raketin hazırlanması məqsədilə bir neçə şirkətlə müqavilə bağlayıb.
Agentliyin mənbələri qeyd edib ki, Britaniya Müdafiə Nazirliyi işləri sürətləndirmək üçün raketin texniki göstəricilərinə düzəlişlər edib.
Sınaqların növbəti 12 ay ərzində başlanması, ilk tədarükün isə 2027-ci ilin sonunda həyata keçirilməsi nəzərdə tutulur.
Müdafiə idarəsi uçuş məsafəsi 500 kilometr, döyüş başlığı 200 kiloqram olan və elektron maneələr şəraitində hədəfləri vurmağı bacaran bir raket almağı planlaşdırır.
Bir raketin dəyəri 800 min funt-sterlinqdən çox olmamalıdır.
Xatırladaq ki, yanvar ayında Britaniyanın müdafiə nazirinin müavini Lyuk Pollard Londonun ayda ən azı on belə raket istehsal etməyi planlaşdırdığını bildirmişdi.


