Ukrayna: Atəşkəsə hazırıq
Ukraynanın xarici işlər naziri Andriy Sibiha ölkəsinin atəşkəsə hazır olduğunu bildirib.
AFN.az xəbər verir ki, nazir sülh prosesinə yeni impuls qazandıracaq əsas addımın liderlər sammiti olacağını vurğulayıb.
Sibiha Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Dövlət Başçısı Vladimir Putin arasında keçirilməsi ehtimal edilən görüşə Türkiyənin ev sahibliyi edə biləcəyini də diqqətə çatdırıb.
