Lavrov: Putin Zelenski ilə görüşməyə hazırdır

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyə hazırdır.
Sergey Lavrov Moskvada Hindistan Xarici İşlər Naziri Subrahmanyam Jaişankar ilə görüşüb. Lavrov həmkarı ilə birgə keçirdikləri mətbuat konfransında Ukrayna ilə bağlı açıqlama verib. O, Moskvanın 2022-ci ildə İstanbulda aparılan danışıqlar zamanı razılaşdırılmış təhlükəsizlik zəmanətləri prinsiplərini dəstəklədiyini vurğulayıb və Ukraynanın davamlı və uzunmüddətli həllə maraq göstərmədiyini bildirib.
Lavrov əlavə edib ki, Alyaskada Rusiya-ABŞ zirvəsində Ukraynadakı münaqişənin həlli üçün sərhədlərin müəyyənləşdirilməsində mühüm irəliləyiş əldə olunub. O, Avropa və Ukraynanın mövqelərinin ABŞ Prezidenti Donald Trampın həllə yönəlmiş səylərini əngəlləməyə yönəldiyini qeyd edib və Rusiya ilə ABŞ-ın liderlərin razılaşdığı şəkildə əməkdaşlığa davam etdiyini bildirib.
Lavrov həmçinin vurğulayıb ki, ən yüksək səviyyədə müzakirə olunmalı bütün məsələlər yaxşı hazırlanarsa, Rusiya Prezidenti Vladimir Putin Ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşməyə hazırdır.