Lavrov Çinə səfər gedib
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna müharibəsi, ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələlərin müzakirə olunacağı 2 günlük rəsmi səfər üçün Çinə gəlib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekinə gələrkən çinli həmkarı Vanq İ ilə görüşüb. Hələlik hər iki tərəfdən görüşlə bağlı açıqlama verilməyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, nazirlər görüşdə Ukraynadakı vəziyyət və Asiya-Sakit okean regionu, ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Səfərin Rusiya prezidenti Vladimir Putinin bu ay Çinə gözlənilən səfərinə hazırlıq olduğu təxmin edilir.