Lavrov: "ABŞ Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışır"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Asiya Sakit Okean regionunda NATO infrastrukturunu gücləndirməyə çalışdığını bildirib.



Lavrov Rusiyanın paytaxtı Moskvaya səfər edən Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui ilə görüşüb.

Görüşün mətbuata açıq hissəsində çıxış edən Lavrov Koreya yarımadasında və ümumilikdə Şimal-Şərqi Asiyadakı problemlərin hərtərəfli və ədalətli həllinin tərəfdarı olduqlarını vurğulayıb.

Şimali Koreyanın Ukrayna ilə bağlı Rusiyanı dəstəklədiyinə diqqət çəkən Lavrov beynəlxalq platformalarda Şimali Koreya ilə koordinasiyalı hərəkət etdiklərini bildirib.

Şimali Koreyanın xarici işlər naziri Ço da Rusiya ilə əlaqələrin Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putinin xüsusi marağı sayəsində inkişaf etdiyini və bu il yeni səviyyəyə çatacağına ümid etdiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu