ABŞ Şimali Koreya ilə Rusiya arasında müdafiə sahəsində əməkdaşlığın inkişafından narahatdır


Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi Şimali Koreya ilə Rusiya arasında artan müdafiə əməkdaşlığından narahat olduqlarını bildirib.


Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin arasındakı görüşün dəqiq nəticəsini bilmədiklərini ifadə edən Kirbi, Moskvanın Pxenyanla potensial silah müqaviləsi imzalamağa çalışdığını deyib.

Kirbi deyib: "Biz əvvəllər İran və Rusiya arasında inkişaf edən müdafiə əlaqələri haqqında ifadə etdiyimiz kimi, Şimali Koreya ilə Rusiya arasında inkişaf edən müdafiə əməkdaşlığından da narahatıq".

Con Kirbi Rusiyanın Şimali Koreyanın qeyri-qanuni nüvə və ballistik raket proqramlarına verdiyi dəstəyin “əhəmiyyətli narahatlığa səbəb” olacağını vurğulayıb.

Şimali Koreyanın iki ölkə arasındakı bu əməkdaşlıqla öz hərbi potensialını artıra biləcəyini qeyd edən Kirbi, ölkələr arasında silah anlaşması əldə edilərsə, “bununla uyğun şəkildə məşğul olacaqlarını” bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu