Lavrov Cənubi Koreyanın xarici işlər naziri ilə Koreya yarımadası məsələsini müzakirə edib


Cənubi Koreyanın xarici işlər naziri Park Jin rusiyalı həmkarı Sergey Lavrov ilə Koreya yarımadası məsələsini və Rusiya ilə Şimali Koreya arasında danışıqları müzakirə edib.


Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunan məlumatda bildirilib ki, Park Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Sammiti çərçivəsində Rusiyanın xarici işlər naziri Lavrovla görüşüb.

Görüşün gündəmində Rusiya-Şimali Koreya danışıqları və hərbi əməkdaşlıq iddialarına diqqət çəkən Park, əlaqələrin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMGK) qərarlarına uyğun olması lazım olduğunu vurğulayıb. Bu əlaqələrin bölgədə sülh və sabitliyə töhfə verəcək şəkildə irəliləməsi lazım olduğunu qeyd edib.

Park iki ölkə arasında əlaqələrin inkişafı, Cənubi Koreya vətəndaşlarının Rusiyadakı təhlükəsizliyi və Koreya şirkətlərinin problemləri ilə bağlı Rusiya tərəfi ilə birgə işləmək istədiklərini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu