Misir kağız vizalardan imtina edir



Misir kağız vizalardan imtina edərək rəqəmsal sistemə keçir — avqustun 1-dən ölkəyə daxilolmaya QR-kodlar vasitəsilə nəzarətin sınaq rejimində tətbiqinə başlanılacaq.

AFN.az xəbər verir ki, bu barədə Misirin Turizm Şirkətləri və Agentlikləri Palatası məlumat yayıb.

Sənəddə bildirilir ki, eksperiment mərhələsi başa çatdıqdan sonra yeni sistem Qahirə ilə yanaşı, Hurqada və Şarm əl-Şeyx də daxil olmaqla ölkənin bütün aeroportlarında tətbiq ediləcək və pasportlara yapışdırılan kağız markaları QR-kodlar əvəzləyəcək.

Bu kodları rəsmi internet saytı, mobil tətbiq və ya gəliş zallarında quraşdırılmış özünəxidmət terminalları vasitəsilə əldə etmək mümkün olacaq.

Rüsum və vergilər nəzərə alınmaqla vizanın qiyməti 36 dollar təşkil edəcək, turist şirkətləri isə QR-kodu səyahətçinin adına gəlişdən 48 saat öncə əvvəlcədən rəsmiləşdirə biləcəklər.

Avqustun 1-dən bu sistemin ilk olaraq yalnız Qahirə Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacağı qeyd olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu