Əlcəzairdə kimsəsizlər evində baş verən yanğında 11 nəfər həlak olub
Əlcəzairdə kimsəsizlər evində baş verən yanğında əksəriyyəti uşaq olmaqla 11 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb.
AFN.az xəbər verir ki, Əlcəzair Mülki Müdafiə İdarəsindən verilən açıqlamaya görə, yanğın paytaxt Əlcəzairin Məhəmmədiyyə rayonunda yerləşən kimsəsizlər evində qeydə alınıb.
Həlak olanların yaşları barədə hələlik dəqiq məlumat açıqlanmayıb.
Yanğının başvermə səbəbinin müəyyən edilmədiyi və ərazidə söndürülmə işlərinin davam etdirildiyi bildirilib.




