"SpaceX"in dəyəri 2 trilyon dolların altına düşüb



İlon Maskın "SpaceX" şirkəti 12 iyun 2026-cı ildə birjada ticarət olunmağa başlayıb.

AFN.az xəbər verir ki, ilk ticarət günündə 2,9 trilyon dollarlıq bazar dəyərinə çatan şirkətin səhmləri həmin gündən bəri ucuzlaşmaqda davam edir.

Dünən etibarilə şirkətin bazar dəyərindən 1 trilyon dollar silinib.

Bugünkü açılışöncəsi əməliyyatlarda bazar dəyəri 1,8 trilyon dollar səviyyəsində qərarlaşıb ki, bu da "SpaceX"in zirvə nöqtəsindən təxminən 1,1 trilyon dollar dəyər itirməsi deməkdir.

Şirkətin dəyəri 2,9 trilyon dollar olarkən 225 dollara çatan səhmlərin qiyməti dünən 135,7 dollara qədər geriləyib.

Qeyd edək ki, "SpaceX" səhmlərin ilkin kütləvi təklifi (IPO) zamanı 86 milyard dollar nağd vəsait toplamışdı.

"Goldman Sachs" isə süni intellekt gəlirlərinin 2030-cu ilə qədər 100 dəfə artacağını proqnozlaşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu