İran ABŞ ilə sazişə qayıtmaq şərtini açıqlayıb
Vaşinqton analoji addımı atacağı təqdirdə İran Birləşmiş Ştatlar ilə sazişə qayıtmağa hazırdır.
AFN.az xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdestani bəyan edib.
Parlamentar bildirib ki, əgər ABŞ memorandumun icrasına qayıdarsa, İran da bu məsələyə yanaşmasını yenidən nəzərdən keçirə bilər.
Bununla belə, Ərdestani vurğulayıb ki, hazırda İranın ABŞ ilə memoranduma əməl etməsi mümkün deyil, çünki Vaşinqton onun qüvvəsini ləğv edib.
