Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ baş verib



Yeni Zelandiyada 5,9 bal gücündə zəlzələ meydana gəlib.

AFN.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin mərkəzinin Te Anau bölgəsindən 42 kilometr şimal-qərbdə yerləşdiyini açıqlayıb.

76,4 kilometr dərinlikdə qeydə alınan 5,9 bal gücündəki zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

Zəlzələ nəticəsində hər hansı tələfat və ya dağıntı barədə məlumat daxil olmayıb.

Digər tərəfdən, yerli qurumlar zəlzələnin gücünün 6,3 bal olduğunu bəyan ediblər.

Sakit okeanda Yeni Zelandiya və Solomon adalarının da üzərində yerləşdiyi "Alov halqası" adlı seysmik fay xəttində yer alan ölkələr vulkan püskürmələri ilə yanaşı tez-tez baş verən zəlzələlərlə də üz-üzə qalır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu