Nvidia-nın səhmlərində artım 45 faizi ötüb
Kaliforniyada yerləşən dünya nəhəng çip istehsalçısı Nvidia-nın səhmlərinin artımı süni intellekt çiplərinə olan tələbatla ilin əvvəlindən 45 faizi ötüb.
Günü 722,48 dollarla bağlayan çip şirkətinin səhmləri bu gün 0,16 faiz dəyər qazanıb.
Cəmi 8 ticarət günü keçməsinə baxmayaraq fevral ayında Nvidia-nın səhmlərindəki artım təxminən yüzdə 18 olaraq hesablanıb.
İlə 500 dollardan bir qədər aşağı başlayan şirkətin səhmlərinin 2024-cü ilin əvvəlindən bu yana 45,89 faiz dəyər qazanması diqqət çəkib.
Digər tərəfdən Nvidia-nın səhm qiyməti gün ərzində 746,11 dollara qədər bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Belə ki, şirkətin bazar dəyəri gün ərzində 1,82 trilyon dollara çatdığı halda, qısa müddət ərzində Amazon-u ötüb.Ticarət gününün sonunda şirkətin bazar dəyəri 1,78 trilyon dollar, Amazon-un bazar dəyəri isə 1,79 trilyon dollar olaraq qeydə alınıb.
Nvidia-nın bazar dəyəri keçən ilin may ayında süni intellekt çiplərinə artan tələbin təsiri ilə 1 trilyon dollara çatıb.