15 günlük turist vizəsi ilə Yaponiyaya girən şəxs 26 il qanunsuz yaşadıqdan sonra saxlanılıb
Yaponiyanın Şizuoka prefekturasında yerləşən Yaizu şəhərində yaşayan 72 yaşlı Cənubi Koreya vətəndaşı viza müddətini 26 ildən çox pozduğu üçün saxlanılıb.
AFN.az xəbər verir ki, Şizuoka Polis İdarəsinin açıqlamasında iyun ayında daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində şübhəlinin saxlanıldığı bildirilib.
Şübhəli 1993-cü ilin sentyabrında daha yüksək maaşlı iş tapmaq məqsədilə qardaşının pasportundan istifadə edərək 15 günlük turist vizası ilə Yaponiyaya daxil olub. Şübhəlinin 1993-cü ildən etibarən ölkədə qanunsuz yaşadığı bildirilib.
Yaponiyada viza müddətini aşmaq 2000-ci ilin fevralına qədər, yenilənmiş miqrasiya qanununun qüvvəyə minməsinə qədər cinayət hesab edilmirdi.
Polis bu səbəbdən şübhəlini 2000-ci ilin fevralından etibarən ölkədə qanunsuz qalmaq ittihamı ilə saxlayıb.
Gündəlik işlərdə çalışdığını bildirən şübhəli barəsindəki ittihamları qəbul edib.
Ədliyyə Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar ayına olan məlumata əsasən, ölkədə viza müddətini pozan 68 min 488 nəfər var.
Bu rəqəm viza pozuntularının 298 min 646 nəfərlə pik həddə çatdığı 1993-cü illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.


