İranla müharibə ABŞ-ın nüfuzuna ağır zərbə vurur - media


Artıq altı aydır davam edən İranla müharibə ABŞ müttəfiqlərini Amerika administrasiyasının rəqiblərini effektiv şəkildə çəkindirə və qlobal miqyasda hərbi güc nümayiş etdirə biləcəyinə şübhə ilə yanaşmağa vadar edib.

AFN.az xəbər verir ki, bu barədə "Politico" qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşr qeyd edir ki, Vaşinqtonun Tehran üzərində qələbə qazana bilməməsi, silah ehtiyatlarının azalması və müttəfiqlərdən uzaqlaşması amerikalı hərbçiləri də ABŞ-ın dünyadakı təsirini saxlayıb-saxlamadığı barədə düşünməyə vadar edir. Məqalədə vurğulanır ki, Birləşmiş Ştatlar Sakit okean və Avropadakı hərbi iştirakını nəzərəçarpacaq dərəcədə azaldıb.

Bununla yanaşı, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri təchizatı İran raketlərinin çatacağı zonadan kənarda həyata keçirməyə məcburdurlar. Qəzetin mənbəsi bildirib ki, gəmilər İrana yaxın olan və əvvəllər dayandıqları limanlardan istifadə edə bilmirlər. Bu səbəbdən bütün təchizat təxminən 3,2-4,8 min kilometr məsafədə yerləşən Dieqo-Qarsiya adasında (Hind okeanı) aparılır.

"Baş verənlər ABŞ-ın nüfuzuna və reputasiyasına ciddi zərbə vurur" - deyə "Politico"nun məqaləsində vurğulanır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu