Litva sakinlərinin 76 faizdən çoxu ümumi hərbi çağırışı dəstəkləyir


Litva sakinlərinin 76 faizdən çoxu silahlı qüvvələrdə müddətli həqiqi hərbi xidmətə ümumi çağırış ideyasını dəstəkləyib.

AFN.az xəbər verir ki, bu barədə "Visuotinė gynyba" assosiasiyasının sifarişi ilə "Norstat" şirkəti tərəfindən keçirilmiş sorğunun nəticələri sübut edir.

Assosiasiyanın rəhbəri Tomas Qodlyauskas bildirib ki, sorğu iştirakçılarının 76,3%-i orduda ümumi çağırış təcrübəsinə qayıtmaq ideyasını dəstəkləyib.

Respondentlərin təxminən dörddə biri (23%-i) mövcud qaydaların saxlanıla biləcəyini hesab edir. Rəyi soruşulanların 14,5%-i isə çağırışçılar olmadan yalnız peşəkar ordunun tərəfdarı kimi çıxış edib. Hazırda Litvada hərbi infrastruktura yetərincə inkişaf etmədiyi üçün bütün çağırış yaşlı hərbi mükəlləfiyyətliləri xidmətə qəbul etmək mümkün olmur, bu səbəbdən xidmətə seçim püşkatma prinsipi ilə kompüter vasitəsilə aparılır.

2015-ci ildə Litva geosiyasi vəziyyətin kəskinləşməsini əsas gətirərək 2008-ci ildə ləğv edilmiş müddətli hərbi xidməti bərpa etmişdi. Əvvəlcə kifayət qədər ehtiyat qüvvə hazırlamaq üçün çağırışın beş illik müddətə tətbiq edildiyi bildirilsə də, sonradan parlament onun daimi olmasına qərar verib. Siyasətçilər indi bu çağırışın həm də ümumi xarakter daşımasını təklif edirlər.

1 501 respondentin iştirak etdiyi sorğu avqust ayında keçirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu