İsveç Finlandiyaya qırıcılar və gəmilər göndərəcək
İsveç hökuməti ərazi müdafiəsini gücləndirmək üçün Finlandiyaya hərbi bölmələr göndərmək haqqında qərar qəbul edib. Bu bölmələr Finlandiyanın hərbi dəstək xahişindən sonra krallığın "Gripen" təyyarələrinin və hərbi gəmilərinin Rusiya ilə sərhəddə patrula başlayacağı əməliyyat çərçivəsində istifadə olunacaq. Bu barədə İsveç Silahlı Qüvvələrinin mətbuat relizində bildirilir.
AFN.az xəbər verir ki, bəyanatda qeyd olunur: "Payızda Silahlı Qüvvələr Finlandiyanın pilotsuz uçuş aparatlarından (PUA) müdafiəsini gücləndirmək üçün bölmələr yerləşdirəcək. Hazırda Silahlı Qüvvələr havada və dənizdə PUA-lara qarşı mübarizə imkanlarından istifadə edərək alyansın şərq müdafiəsini möhkəmləndirir. Birgə əməliyyatlar vasitəsilə dəstək xahişinə cavab olaraq İsveç PUA pozuntularından müdafiəni daha da gücləndirmək üçün Finlandiyaya hərbi dəstək verməyə razılaşıb".
Finlandiyaya dəstək əməliyyatı payız ərzində keçiriləcək və bu müddətdə "zərurət yaranarsa, İsveç bölmələri Finlandiya komandanlığının tabeçiliyinə verilə bilər". Bu bölmələrə İsveçin "JAS 39 Gripen" qırıcıları, "Visby" korvetləri, eləcə də radiolokasiya və zenit sistemləri daxil edilə bilər.


