İsveç F-16-nın tədarükü ilə bağlı "Gripen"i Ukraynaya verməyəcək
İsveç Kiyevlə razılaşma əsasında F-16 təchizatı proqramı qüvvədə olduğu müddətdə Ukraynaya "JAS 39 Gripen" qırıcıları tədarük etməyəcək.
Bunu ölkənin xarici işlər naziri Tobias Billström deyib.
“Bu qərar ona görə verilib ki, Ukrayna eyni anda iki hava qırıcı sistemindən - həm F-16, həm də "Gripen"dən istifadənin həddən artıq çox olması qənaətinə gəlib” - deyə o, "Amerikanın Səsi" radiosuna müsahibəsində deyib.
Nazirin sözlərinə görə, qəbul edilən qərar o demək deyil ki, İsveç gələcəkdə F-16 təchizat proqramları tamamlandıqdan sonra Ukraynanı "Gripen" qırıcıları ilə təchiz etməyə hazır olmayacaq.
Tobias Billström qeyd edib ki, bu ana qədər Stokholm Kiyevə amerikan qırıcıları və İsveçin ASC 890 radar aşkarlama və nəzarət təyyarələri ilə birlikdə istifadə edilə bilən silahları təhvil verəcək: “Bu, Ukraynaya imkan verəcək ki, hava döyüşü və kəşfiyyata gəldikdə daha uğurlu hərəkət etsin”, - Billström əlavə edib.
Mayın 31-də İsveç və Ukrayna Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ASC 890 təyyarələrinin Kiyevə təhvil verilməsini nəzərdə tutan ikitərəfli təhlükəsizlik sazişi imzalayıblar. Sənədə əsasən, İsveç hökuməti Ukrayna silahlı qüvvələrinə JAS 39 Gripen qırıcılarının tədarükü imkanlarını da nəzərdən keçirmək niyyətində idi.
Bundan əvvəl Ağ Evin mətbuat xidməti Danimarka, Hollandiya və ABŞ liderlərinin birgə bəyanatında bildirilir ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcılarının bütöv eskadrilyaları verməyi planlaşdırır. Ukraynalı pilotlar bu yay F-16-dan istifadə edə biləcəklər, təyyarənin təhvil verilməsi prosesi başlayıb. Norveçin baş naziri Yonas Qahr Stör, NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində öz növbəsində krallığın altı F-16 qırıcısını Ukraynaya təhvil verəcəyini, onların tədarükünün 2024-cü ildə başlayacağını bildirib.
Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynaya yeni silahların, o cümlədən F-16-ların tədarükü cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, vəziyyətin uzanmasına gətirib çıxaracaq. O, həmçinin qeyd edib ki, bu qırıcılar Ukrayna Silahlı Qüvvələrində meydana çıxsalar, Qərbin reklam etdiyi digər hərbi texnikalar kimi yanacaqlar.