ABŞ-ın strateji bombardmançı təyyarələri təlimlər çərçivəsində İsveçi keçib


ABŞ-ın B-1B Lancer və B-52 Stratofortress strateji bombardmançı təyyarələri krallığın Hərbi Hava Qüvvələri ilə birgə təlimlər çərçivəsində İsveç üzərində uçuşlar həyata keçirib.



Bu barədə İsveç Hərbi Hava Qüvvələrinin saytında məlumat verilib.

Uçuşun Stokholm və Uppsala da daxil olmaqla ölkənin hava məkanının əhəmiyyətli hissəsi üzərində həyata keçirildiyi qeyd edilib. Amerika bombardmançılarını İsveçin JAS 39 Gripen qırıcıları müşayiət edib.

İsveç tərəfinin bildirdiyinə görə, uçuşun məqsədi İsveçin müdafiə qabiliyyətini və digər ölkələrlə birgə hərəkət etmək qabiliyyətini yoxlamaq olub. Daha sonra bombardmançılar NATO-nun Nordic Response 2024 manevrlərində iştirak etmək üçün Norveçə yollanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu