İsveç 2023-cü ilə qədər NATO-ya üzv olacağına əmin deyil


İsveç Xarici İşlər Nazirliyi Stokholmun bu prosedurun 2023-cü ilə qədər başa çatdırılmasına birmənalı təminat verə bilmədiyini qeyd edib.


AFN.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsveçin xarici işlər naziri Tobias Billström Rumıniyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra alyansa qoşulmaq üçün konkret müddətin olmadığını bildirib: ”Mən konkret vaxt çərçivəsi təyin etmək istəmirəm. Stokholm, Helsinki və Ankara arasında üçtərəfli memorandumun bütün şərtləri yerinə yetirilən kimi biz Finlandiya və İsveçin NATO-ya daxil olması haqqında protokolun Türkiyə parlamenti tərəfindən necə ratifikasiya olunduğunu görəcəyik”.
Billström hökumətin 2023-cü ilə qədər Türkiyə ilə konsensusa gələ biləcəyinə şübhə etsə də, qeyd edib ki, tərəflər üçtərəfli memorandumun həyata keçirilməsi istiqamətində irəliləyişi qeyd edirlər.
Bundan əvvəl Polşanın baş naziri Mateuş Moravetski Macarıstanın baş naziri Viktor Orbanla danışdığını və onu Finlandiya və İsveçin NATO-ya qəbulu haqqında sazişi ratifikasiya etməyə inandırdığını bildirib. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiya antiterror qanunvericiliyini sərtləşdirməlidirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu