İsveçin xarici işlər naziri ölkənin NATO-ya daxil olmasının vaxtını açıqlayıb


İsveçin xarici işlər naziri Tobias Billström ölkənin Qərb blokuna daxil olmasının gözlənilən vaxtını açıqlayıb.



Yəni yaxın bir neçə həftə ərzində Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu rəsmən ratifikasiya edə bilər.

Bu barədə TASS agentliyi xəbər verib.

“Dünən türkiyəli həmkarım Hakan Fidan ilə ikitərəfli görüşüm oldu və o, mənə dedi ki, ratifikasiyanın bir neçə həftə ərzində baş tutacağını gözləyir”, - deyə nazir bildirib. O qeyd edib ki, Ankara Stokholmun NATO-ya daxil olmasına razılıq verilməsi ilə bağlı yeni tələblər irəli sürməyib.

Qeyd edək ki, noyabrın 28-də NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və Macarıstanın İsveçin Şimali Atlantika Alyansına üzvlüyünü daha da gecikmədən ratifikasiya edəcəyinə ümid etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu