İtaliyada Qərbi Nil virusu 432 nəfəri yoluxdurub: 17 ölüm qeydə alınıb



İtaliyada ilin əvvəlindən avqustun 26-dək olan müddətdə 432 Qərbi Nil virusu hadisəsinin qeydə alındığı və eyni dövrdə 17 nəfərin bu virus səbəbindən həyatını itirdiyi bildirilib.

AFN.az xəbər verir ki, İtaliya Ali Səhiyyə İnstitutunun (ISS) bu gün yaydığı açıqlamada ölkədə Qərbi Nil virusu hallarının mövcudluğu və virusa qarşı mübarizə ilə bağlı qiymətləndirmələrə yer verilib.

Açıqlamada, İtaliyada 1 yanvar-26 avqust tarixləri arasında 432 təsdiqlənmiş Qərbi Nil virusu hadisəsinin qeydə alındığı və bu virus səbəbindən 17 nəfərin həyatını itirdiyi bildirilib.

Ötən ilin eyni dövründə 430 hadisə və 27 ölümün qeydə alındığı xatırladılan açıqlamada, Qərbi Nil virusunun ölkədə dövr etdiyi şəhərlərin sayının da 66-ya yüksəldiyi qeyd edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu