Almaniya Britaniya ilə nüvə silahı danışıqlarını təkzib edib
Almaniya hökuməti "The Daily Telegraph" qəzetinin Böyük Britaniya ilə nüvə silahının modernləşdirilməsi proqramının maliyyələşdirilməsi üzrə danışıqlar aparılması barədə yaydığı məlumatı təkzib edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Mayer brifinqdə bildirib: "Qəzetdə yazılanları təkzib edə bilərik. Maliyyələşdirmə ilə bağlı müvafiq danışıqlar və ya maliyyələşdirmə planları yoxdur". O, Fransa ilə çəkindirmə məsələləri üzrə əməkdaşlığın dərinləşdirilməsinin müzakirə olunduğunu xatırlatsa da, söhbətin NATO çərçivəsində bu mövzuda "tamamilə tamamlayıcı xarakter daşıyan" qarşılıqlı əlaqədən getdiyini vurğulayıb.
Daha əvvəl "The Daily Telegraph" mənbələrə istinadən Almaniyanın Böyük Britaniya və Fransa ilə nüvə çəkindirməsi sahəsində əməkdaşlıqda maraqlı olduğunu iddia etmişdi.
