İran və "Avro üçlük" Cenevrədə danışıqları davam etdirmək barədə razılığa gəlib

İran və "Avrotro üçlük" (Fransa, Böyük Britaniya, Almaniya) Cenevrədə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
AFN.az xəbər verir ki, bunu AB-nin diplomatik xidmət rəhbəri Kaya Kallas "Reuters" agentliyinə bildirib. O, qeyd edib ki, müzakirələr yalnız nüvə probleminə aid olmayıb.
"Biz danışıqları davam etdirmək barədə razılığa gəldik, danışıqlar prosesinin açıq qalması çox vacibdir. Biz yalnız nüvə problemini müzakirə etmədik", — o, "Avro üçlük" və İran Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşünün sonunda deyib.