İran mayın 16-da Aİ-3 ilə nüvə dosyesi üzrə danışıqlar aparacaq

İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar aparmaq niyyətindədirlər.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.
"Cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar aparılacaq", - deyə diplomat jurnalistlərə açıqlamasında deyib.