KİV: İran mayın 11-də Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb

İran nüvə proqramı ətrafında yaranmış böhranı həll etmək üçün bazar günü ABŞ ilə danışıqların dördüncü raundunu keçirməyə razılaşıb.
AFN.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, Tehran növbəti raundun Omanda keçirilməsinə razılıq verib.
ABŞ və İran Omanın vasitəçiliyi ilə İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün üç raund danışıqlar aparıb. Birinci tur aprelin 12-də Maskatda, ikinci tur aprelin 19-da Romada, üçüncü tur isə aprelin 26-da yenidən Maskatda keçirilib. Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edir.