ABŞ-İran danışıqlarının üçüncü raundu yaxın günlərdə baş tutacaq

İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün Vaşinqton və Tehran arasında danışıqların üçüncü raundu yaxın günlərdə baş tutacaq.
AFN.az xəbər varir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Qeyd edilir ki, ABŞ və İran nümayəndələri arasında danışıqlar Omanın vasitəçiliyi ilə davam etdiriləcək.
Qeyd edək ki, bu gün Oman səfirliyinin Romadakı iqamətgahında danışıqların ikinci mərhələsi baş tutub. İran nümayəndə heyətinə İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff başçılıq edib.