Oman XİN: ABŞ-İran danışıqlarının ikinci raundu aprelin 19-da baş tutacaq


Omanın Xarici İşlər Nazirliyi Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və ABŞ arasında danışıqların ikinci mərhələsinin yeri və tarixi haqda açıqlama verib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Oman XİN ikinci raundun aprelin 19-da Romada keçiriləcəyini bildirib.

"Bu şənbə günü Romada İran İslam Respublikası və Amerika Birləşmiş Ştatlarının nümayəndələri arasında danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli, məcburi və davamlı razılaşmaya doğru gələcək irəliləyişə nail olmaq olacaq", - deyə nazirliyin bəyanatında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu