Oman XİN: ABŞ və İran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər


ABŞ və İran İslam Respublikasına dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini saxlamağa imkan verən sazişi müzakirə edirlər.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib. Qeyd edilib ki, danışıqlar İranın nüvə silahı istehsalını dayandırmasını və ona qarşı sanksiyaları ləğv etməsini təmin etməlidir.

ABŞ-İran danışıqlarında vasitəçilik edən Oman Xarici İşlər Nazirliyinin bəyanatında daha sonra deyilir: "Tərəflər İranın nüvə silahından və sanksiyalardan tam azad olmasını təmin edəcək və dinc nüvə enerjisini inkişaf etdirmək qabiliyyətini qoruyacaq ədalətli, davamlı və məcburi sazişin bağlanmasına yönəlmiş danışıqların növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu